Ağalının təcrübəsi digər kəndlərdə də tətbiq ediləcək - RƏSMİ

Ağalının təcrübəsi digər kəndlərdə də tətbiq ediləcək - RƏSMİ

Hazırda oxunan: Ağalının təcrübəsi digər kəndlərdə də tətbiq ediləcək - RƏSMİ

124819

“Zəngilan rayonunun Ağalı kəndi ilə yanaşı azad edilmiş ərazilərdə digər kəndlər də layihələndirilir və tezliklə onların da tikintisi ilə əlaqədar işlər həyata keçiriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov bu gün Zəngilanda keçirilən İdarələrarası "Mərkəzi Enerji Təminatı" üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib. 

N.Süleymanovun sözlərinə görə, Ağalı kəndində əldə edilən təcrübə digər kəndlərdə də tətbiq ediləcək: 

“Ağalı kəndi pilot layihədir. İstər dayanıqlı məşğulluğun təmin olunması, istər dayanıqlı inkişaf, istərsə də sahibkarlığın stimullaşdırılması və təşviqi kontekstində bütün bu məsələlərin nəzərdən keçirilməsində, növbəti planların icrasında buradakı təcrübə bizim üçün çox əhəmiyyətlidir. Düşünürəm ki, həm enerji işçi qrupunda, həm də digər işçi qrupları çərçivəsində bu təcrübədən faydalanmalıyıq". 

O, bildirib ki, bu vaxta qədər işçi qrupu çərçivəsində 60-dan artıq iclas keçirilib:

"Amma iclaslardan kənar görüşlərdə də bu istiqamətdə aidiyyəti dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə məsələlər müzakirə edilib. Onlar tərəfindən gündəlik əsasda yaranan suallar daimi kontekstdə nəzərdən keçirilir və effektiv şəkildə öz həllini tapır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO