SON DƏQİQƏ: Bakıdakı silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

SON DƏQİQƏ: Bakıdakı silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Bakıdakı silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

124817

Paytaxtın Nəsimi rayonunda 2 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda atışma olub, xəsarət alanlar var – VİDEO 


Məlumatda qeyd olunur ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib:

“Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb.

Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib. 

Hadisədə xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO