Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Qərarında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə şöbəsinin müdiri və Repatriasiya Departamentinin direktoru qurumun kollegiyasının tərkibinə daxil edilib.
Bununla da kollegiyanın tərkibi genişləndirilərək 7 nəfərdən 9 nəfərə çatdırılıb.
Bizim.Media