Bakı-Xırdalan-Bakı istiqamətində ikinci qatar reysə buraxılacaq - CƏDVƏL

Bakı-Xırdalan-Bakı istiqamətində ikinci qatar reysə buraxılacaq - CƏDVƏL

Hazırda oxunan: Bakı-Xırdalan-Bakı istiqamətində ikinci qatar reysə buraxılacaq - CƏDVƏL

124647

“Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti (ADY) qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin qrafik üzrə vaxtında mənzil başına çatdırılması və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 11 mart tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər edir. 

Bizim.Media xəbər verir ki, yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlarda, həmçinin elektrik qatarların monitorlarından əldə etmək olar. 

Eyni zamanda sözügedən tarixdən etibarən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə əlavə ikinci qatar reysə buraxılacaq. İkinci qatarın xəttə buraxılması sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasını təmin edəcək və turniketlərdə müşahidə olunan sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq. 

Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. 

ADY sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO