“Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq”.
Bizim.Media xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin Konsulu Mürşüd Məmmədov deyib.
MÖVZU İLƏ BAĞLI:
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə biləcəyik - TƏSDİQLƏNDİ
O qeyd edib ki, səyahət zamanı köhnə şəxsiyyət vəsiqələri etibarlı olmayacaq:
“Yəni vətəndalar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Proses hər iki ölkə vətəndalarının işini asanlaşdıracaq”.
Bizim.Media