Su mənbələrimiz təhlükə altındadır - AMEA

Su mənbələrimiz təhlükə altındadır - AMEA

Hazırda oxunan: Su mənbələrimiz təhlükə altındadır - AMEA

12461

“Ölkədə illik yağıntı düşmə faizi ilbəil aşağı düşür. Su mənbələri quruyur, burada digər faktorlar da rol oynayır. Hazırda respublika ərazisində ekstremal hidrometeoroloji hadisələrin sayı çoxalıb, ən təhlükəli vəziyyətdə Kür çayındadır”. 

Bunu Bizim.Media-ya açıqlamasında AMEA-nın Coğrafiya Institutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin rəhbəri Xəyyam Rəhimov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdə təhlükə - AMEA məlumat yaydı


X.Rəhimovun sözlərinə görə, hazırda ən böhranlı vəziyyət Kür çayında müşahidə olunur.

O bildirib ki, müasir dövrdə atmosfer yağıntılarının miqdarı əvvəlki dövrlərə nisbətən xeyli dərəcədə dəyişib. 

“Bu da onu göstərir ki, dəyişmə müxtəlif istiqamətlidir. Əgər ölkə ərazisinin böyük hissəsində atmosfer yağıntılarının illik miqdarı 15-84 mm, yəni 3-19 % faiz azalıbsa, Böyük Qafqazın cənub yamacının qərb hissəsində, onun miqdarı 73-135 mm, yəni 6-14% faiz art;b. Lakin, ölkənin əsas ərazilərindəki sahələrdə 15-84 mm azalma olub.

Abşeron yarımadası və şimalda yerləşən sahilboyu ərazilərdə isə az da olsa, 7-18 mm və ya 3-6 %  qeyd alınıb".

Mütəxəssisin fikrincə, proseslərin bu cür gedişatı  Kürdə də  təhlükəli vəziyyət yaradıb.  Belə ki, 3-19 faiz azalma çayda ekosistemin məhv olması, su sərfinin minimuma enməsinə gətirib çıxarıb. 

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO