“YouTube”dan vacib QƏRAR: Videolardakı reklamlar silinəcək

“YouTube”dan vacib QƏRAR: Videolardakı reklamlar silinəcək

Hazırda oxunan: “YouTube”dan vacib QƏRAR: Videolardakı reklamlar silinəcək

124587

Dünyanın ən məşhur video paylaşma platforması olan "YouTube” istifadəçiləri narahat edən reklamları silmək qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, yeni qərarla "YouTube”un masaüstü saytında videoların altındakı reklamlar götürüləcək. 
 
Xüsusilə, videonun alt hissəsindəki hissəni görmək bu reklamlara görə zaman-zaman məhdudlaşırdı. Aprelin 6-dan etibarən istifadəçilər bu formatda reklamlarla qarşılaşmayacaq və bu reklam seçimi də "YouTube Studio”dan silinəcək. 

Qarşıdakı dövrdə şirkət daha çox videonun əvvəlində, ortasında və sonunda reklamlar verməyə daha çox diqqət yetirəcək. 

Şirkətin yeni siyasəti o demək ola bilər ki, videolar bundan sonra daha tez-tez reklamlarla kəsilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO