Uşaqlarınıza bu adları verə bilərsiniz -İlig, Fəsaləddin, Fərhəng ...

Uşaqlarınıza bu adları verə bilərsiniz -İlig, Fəsaləddin, Fərhəng ...

Hazırda oxunan: Uşaqlarınıza bu adları verə bilərsiniz -İlig, Fəsaləddin, Fərhəng ...

124584
Fəsaləddin, İmad, İlnamə, İlig. Hətta Fərhun, Fərhəng, Fəridəddin.xa0

Bunlar Azərbaycanda icazə verilən yeni insan adlarıdır.xa0

Bu qəribə adlar yaxın vaxtlarda çap olunacaq “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”x9dndə də yer alacaq. Daha da maraqlısı lüğətə salınan altı mindən artıq ad arasında belələri çoxdur.

İlig, Fəsaləddin, İlkün, İlnamə, İlzər...

Bunlar Terminologiya Komissiyası tərəfindən hazırlanan adlar siyahısından bir neçə nümunədir. Yeni lüğətdə geniş yayılmış adlarla yanaşı, qeyri-ənənəvi adlar və onların izahı da var. Məsələn, elin sərvəti mənasını verən İlzər, dayaq, sütun mənasında olan İmad, mənası əlahiddə şəxs olan İlxas, Şahzadə, hökmdar övladı mənasında olan İlig adları kimi...

Siyahıda “şən, şad, sevincək" mənasını verən Fərhan, Fərhun, “maarif, mədəniyyət”x9d mənasında olan Fərhəng, mənası “Dinin ən yaxşı nümayəndəsi”x9d olan Fəridəddin adı da var.

Azərbaycan dilində "el" hecası ilə başlayan Elgiz, Elman, Elnur, Elvin kimi adların siyahıda “il”x9d hecası ilə başlayan versiyaları da əks olunub. Mənaları da eynidir. İlman el adamı, İlvin elin etibarlı dostu, İlnur elin nuru, deməkdir. Bununla yanaşı, elin məktubu mənasında olan İlnamə, “oddan doğulan”x9d mənasında Fərzənd, Dinin hökmü mənasında Fəsaləddin adları da var.(Xəzər xəbər)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO