Martın 4-də Bakıda “Bravo” hipermarketinə edilmiş basqın zamanı silahlı şəxslərin apardığı pulun məbləği məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd edilib.
Bildirilib ki, silahlı basqınla əlaqədar keçirilən əməliyyat zamanı Ruhlan İsmayılovun gizləndiyi mənzilə baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul aşkar edilərək götürülüb.
Qeyd edək ki, əməliyyat zamanı silahlı müqavimət göstərən R.İsmayılov zərərsizləşdirilib.
Silahlı dəstənin ələ keçirdiyi vəsait “Unibank”a məxsus olub.
Qeyd edək ki, Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 09.03.2023
Paytaxtda hipermarketə silahlı hücumda ələ keçirilən PULUN MƏBLƏĞİ
Hazırda oxunan: Paytaxtda hipermarketə silahlı hücumda ələ keçirilən PULUN MƏBLƏĞİ
Hazırda oxunan: Paytaxtda hipermarketə silahlı hücumda ələ keçirilən PULUN MƏBLƏĞİ
124516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.