Hacıqabulda ağır QƏZA: 85 yaşlı qadın öldü – Yaralılar var

Hacıqabulda ağır QƏZA: 85 yaşlı qadın öldü – Yaralılar var

Hazırda oxunan: Hacıqabulda ağır QƏZA: 85 yaşlı qadın öldü – Yaralılar var

124502

Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Renault Megane" markalı minik avtomobili həmin yolda hərəkətdə olarkən  yol kənarında dayanan "Mercedes Ateko" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilindəki sərnişin (sürücünün nənəsi) Bərdə rayon sakini, 1938-ci il təvəllüdlü Əliyeva Asiya hadisə yerində ölüb.

Digər xəsarət alanlar Bərdə rayon sakinləri - sərnişin 1969-cu il təvəllüdlü Əliyeva Alidə Aslan qızı və sürücü 1996-cı il Cabbarov Elməddin Əhəd oğlu isə Şirvan şəhər Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO