Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət etdi – FOTO  

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət etdi – FOTO  

Hazırda oxunan: Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət etdi – FOTO  

124443

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət ediblər.  

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb. 

Şəhid analarına və xanımlarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb, əlamətdar gün münasibətilə xatirə plaketi, gül dəstələri və ailə üzvələrinə bayram hədiyyələri təqdim edilib.  

Keçirilmiş tədbirlərdə torpaqlarımızın erməni işğalından azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan sərhədçilərinin döyüş yolu və qəhrəmanlıqları haqqında danışılıb, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu, qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı bir daha qeyd edilib. 
Vətənin azadlığı uğrunda və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş sərhədçilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, ailələrinin ziyarət edilməsinin dövlətimizin şəhidlərə olan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər. 




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO