Qubalı Foniya xanım Prezidentə nə mesaj yolladı? - TƏFƏRRÜAT

Qubalı Foniya xanım Prezidentə nə mesaj yolladı? - TƏFƏRRÜAT

Hazırda oxunan: Qubalı Foniya xanım Prezidentə nə mesaj yolladı? - TƏFƏRRÜAT

124353

“Mən yüksək təltif üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.Təşəkkür edirəm ki, mənim əməyimə böyük qiymət verdi. Mənə elə gəlir ki, bu təltif təkcə mənim deyil, bütün Quba qadınlarının əməyinə verilən qiymətdir".

Bu sözləri iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş tolerant Qubanın yəhudi əsilli sakini, Qırmızı Qəsəbə bələdiyyəsinin sədri Yafo Ariilovna Yedadabayeva Bizim.Media-ya deyib.

Qubada hamının "Fonya" kimi tanıdığı Yafo Yevdadabayevanın sözlərinə görə, bu barədə ona məlumat veriləndə çox sevinib. Deyir ki, mən cənab Prezidentimizin hər şeyə diqqətlə yanaşdığını bilirəm, amma özümlə bağlı bu təltifi eşidəndə kövrəldim:

“Cənab Prezidentə çox sağ ol deyirəm və bildirmək istəyirəm ki, siz qalib xalqın Prezidenti kimi, həm də bütün Azərbaycan xanımlarının könüllərinin fatehisiniz. Biz sizinlə fəxr edirik və bu yolda bərabər yürümək əzmimiz var”. 
Ötən gün Qubada keçirilən 8 Mart baramına həsr olunmuş tədbirdə Qubanın icra başçısı Ziyəddin Əliyev də Qırmızı Qəsəbə bələdiyyəsinin sədri Yafo Yedadabayevanı Prezidentin yüksək mükafatına layiq görüldüyünü deyərək rayonun ictimai hıyatında fəal iştirak edən yəhudi əsilli xanıma sağlamlıq, iş,ailə uğurları arzulayıb.

Çıxışında Yafo Yedadabayeva verilən mükafatın tək onun deyil, Qubanın bütün şəhid analarının olduğunu deyib və dövlət başçısına bir daha ehtiramını bildirib.

Qeyd edək ki, 21 dekabr 1959-cu ildə Qırmızı Qəsəbədə doğulmuş Yafo Yevdadabayeva 23 ildir qısəbədə bələdiyyə sahəsində çalışır. 13 il bələdiyyə sədrinin müavini işləmiş Yevdadabayeva artıq 10 ildir ki, Qırmızı Qəsəbə bələdiyəsinin sədri vəzifəsində çalışır.

Rayonda bütün şəhid analarının dostu olan Yafo xanım bunu özünün bir insanlıq, vətəndaşlıq borcu hesab edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO