Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 24 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 22 yük, 2 minik avtomobili Xankəndindən Laçına istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 31-ə çatıb.
09:36
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 87 gündür fasiləsiz olaraq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 08.03.2023
Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 31-ə çatdı - YENİLƏNİB
Hazırda oxunan: Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 31-ə çatdı - YENİLƏNİB
Hazırda oxunan: Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 31-ə çatdı - YENİLƏNİB
124347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.