Ağdaşda qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki TƏDBİRLƏR KEÇİRİLDİ 

Ağdaşda qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki TƏDBİRLƏR KEÇİRİLDİ 

Hazırda oxunan: Ağdaşda qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki TƏDBİRLƏR KEÇİRİLDİ 

124316

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində, o cümlədən mərkəzi hissəsində nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.

Aparılan profilaktiki söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz fəaliyyətini davam etdirən şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO