Göyçayda işıq və su verilişindəki məhdudiyyət NƏ VAXT aradan qaldırılacaq? 

Göyçayda işıq və su verilişindəki məhdudiyyət NƏ VAXT aradan qaldırılacaq? 

Hazırda oxunan: Göyçayda işıq və su verilişindəki məhdudiyyət NƏ VAXT aradan qaldırılacaq? 

124295

Göyçayda əsən güclü külək rayon əhalisini işıqsız və susuz qoyub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, ötən gecə əsən külək səbəbindən Göyçay sakinlərinə verilən elektrik enerjisi və içməli su kəsilib.

Göyçay Elektrik Şəbəkəsi rayonda külək əsməyə başlayan kimi küçələrdəki elektrik naqillərinin ağaclara toxunacağından və qısa qapanma baş verərək transformatorların yanacağını nəzərə alaraq, eletrik enerjisininin verilişini dayandırıb.
Güclü külək səbəbindən Göyçay şəhərini və kəndləri içməli su ilə təmin edən artezianların və su anbarlarının olduğu əraziyə elektrik enerjisinin verilişi təxminən 15 saatdır ki, dayandırılıb. Hazırda artezianlar işləmir, su anbarları boş olduğu üçün əhaliyə içməli su verilişi dayanıb.

Rayon sakinləri küçələrdəki elektrik naqillərinə yaxın olan ağacların vaxtında budanmasını, külək əsdikdə əhalinin, eləcə də şəhəri su ilə təmin edən artezianların, su anbarlarının fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını istəyir.

Göyçay rayon icra başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov Bizim.Media-nın yerli bürosuna bildirib ki, hazırda şəhər ərazisində elektrik enerjisinin verilişi nisbətən bərpa olunsa da içməli suyun verilməsi hələ də bərpa olunmayıb.

İcra nümayəndəsi onuda bildirdi ki, içməli suyun verilməsi ilə bağlı işlər davam etdirilir və bu iş sabah günün ikinci yarısı yekunlaşacaq.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO