Şagirdə döşəmə sildirən müəllim və direktor CƏZALANDI – Rəsmi AÇIQLAMA + ÖZƏL 

Şagirdə döşəmə sildirən müəllim və direktor CƏZALANDI – Rəsmi AÇIQLAMA + ÖZƏL 

Hazırda oxunan: Şagirdə döşəmə sildirən müəllim və direktor CƏZALANDI – Rəsmi AÇIQLAMA + ÖZƏL 

124284

Xəbər verildiyi kimi Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 4 saylı orta məktəbdə müəllimin dərsə gecikən şagirdi cəzalandırmaq məqsədilə döşəmə sildirdiyi iddia olunur. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdə iddia olunur ki, məktəbin oğlan şagirdi dərsə bir neçə dəqiqə gecikdiyi üçün Cəmilə Quliyeva adlı müəllim ona cəza vermək məqsədilə məktəbin dəhlizini sildirib və hadisəni videoya çəkib. Üstəlik etiraz edən şagirdin bacısına sözügedən cəza növünün məktəbin direktoru tərəfindən qoyulmiuş daxili qayda-qanunlarından biri olduğunu qeyd edib. 

Maraqlıdır, şagirdə alçaldıcı hərəkətlər etdirən müəllim və ya məktəb rəhbərliyi cəzalandırılacaqmı?

Abşeron-Xızı Regional Təhsil İdarəsinin mətbuat katibi Aysel Tahirova Bizim.Media-nın sorğusunu cavablandırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Mehdiabadda şagird dərsə gecikdiyi üçün döşəmə sildi – DETALLAR


“Bildiririk ki, Elm və Təhsil Nazirliyinin 08.02.2023-cü il tarixində 36-D-22 nömrəli məktubuna əsasən Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə bütün ölkə üzrə eləcə də Abşeron-Xızı Regional təhsil İdarəsi üzrə 20 ümumi təhsil müəssisəsində tətbiqinə başlanılıb.                     

Abşeron rayon Mehdiabad 4 nömrəli tam orta məktəb də pilot məktəblər sırasına daxil olub.  Bu yöndə nümunəvi fəaliyyət planı hazırlanıb, şagirdlərlə görüş keçirilməsi, tapşırıqlar verilməsi, daxili-nizam intizam qaydalarının hazırlanması və təkliflərin verilməsi ilə əlaqədar olaraq direktorlara müvafiq tapşırıqlar verilib.

Lakin Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru təlimata zidd olaraq, şagird-davranış qaydalarının məktəblərdə pilot layihə kimi tətbiqindən öncə, nəzərdə tutulmayan qaydada 03.02.2023-cü il tarixdə pedaqoji şura iclası təşkil edərək daxili-nizam intizam qaydaları tətbiq edib.

Bütün bu göstərilənlərlə əlaqədar araşdırılma aparılıb, təlim-tərbiyə işləri üzrə rəşkilatçı müavinin, eləcə də məktəb direktorunun izahatı alınıb.

Araşdırma zamanı şagirdin davamiyyətinin zəif olması aşkarlanıb. Həmçinin şagirdin növbətçilik əsasında təmizlik işlərinə cəlb edilməsi faktı öz təstiqini tapıb. Bildiririk ki, hal-hazırda araşdırma davam edir, məsuliyyətli şəxslər müvafiq qaydada intizam tənbehi ilə cəzalandırılacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO