3700-dən çox qadın sosial xidmətlərlə təmin OLUNUB

3700-dən çox qadın sosial xidmətlərlə təmin OLUNUB

Hazırda oxunan: 3700-dən çox qadın sosial xidmətlərlə təmin OLUNUB

124262

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 3732 qadın stasionar və səyyar formada olmaqla reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, onlardan 452-si Agentliyin sosial xidmət müəssisələrində daimi dövlət himayəsində yaşayır. Son illərdə reabilitasiya mərkəzləri kimi, sosial xidmət müəssisələri də əsaslı təmir olunaraq, yenidən qurulub.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə sakinlərin sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və digər zəruri xidmətlərlə təminatı, onların sosial reabilitasiyası üçün işlər aparılır.

Qurum tərəfindən 3280 tənha ahıl və əlilliyi olan qadın isə evlərində (səyyar) sosial xidmətlə təmin edilir. Onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO