Emin Hüseynov: \

Emin Hüseynov: \"Qarabağın quruculuğuna ehtiyac var\" -  FOTO/VİDEO

Hazırda oxunan: Emin Hüseynov: \"Qarabağın quruculuğuna ehtiyac var\" -  FOTO/VİDEO

124251

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. 

Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur.

Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.
Mərasimdə Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Emin Hüseynov jurnalistlərə açıqlamasında layihənin qardaş Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olduğunu deyib:

“Bilirsiniz ki, bundan əvvəl Özbəkistan respublikasının layihəsinə start verilmişdi. O layihə uğurla həyata keçirilir. İndi isə Qazaxıstanın layihəsinə başlanılır. Bu olduqca, vacib bir layihədir. 30 il ərzində mənfur düşmənin daşı daş üstə qoymadığı, yerlə-yeksan etdiyi doğma Qarabağımız, Şərqi Zəngəzurumuz elə bir vəziyyətə düşüb ki, onun bərpasına, quruculuğuna ehtiyac var”.
 












Tehran Orucoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO