“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub - Yaralılar var/YENİLƏNİB - VİDEO

“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub - Yaralılar var/YENİLƏNİB - VİDEO

Hazırda oxunan: “Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub - Yaralılar var/YENİLƏNİB - VİDEO

124232

“Mingəçevir” futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

İdmançıları daşıyan sərnişin avtobusu "Mack" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. 

Yaralılar Şamaxı və İsmayıllı rayon Mərkəzi Xəstəxanalarına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

*** 13:51

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Bizim.Media xəbər verir ki, RFL-in məlumatına görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
 










Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO