8 Martda Bakı metrosu necə İŞLƏYƏCƏK? - Rəsmi AÇIQLAMA

8 Martda Bakı metrosu necə İŞLƏYƏCƏK? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: 8 Martda Bakı metrosu necə İŞLƏYƏCƏK? - Rəsmi AÇIQLAMA

124230

Bayram günündə metropolitenin iş rejimi açıqlanıb.

Bu barədə Bizim.Media-ya "Bakı Metropliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. 

8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyri-iş günü hesab edilir. Bakı metropoliteni xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların “Nərimanov-Bakmil” və əksinə hərəkəti şənbə günləri cədvəlinə uyğun təmin ediləcək. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkət cədvəlinə dəyişiklik edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO