Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO

Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO

Hazırda oxunan: Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO

124208

Fasadları 6 il əvvəl sökülmüş yaşayış binaları indiyə kimi təmir edilməyib.

Bizim.Media xəbər verir ki, 2017-ci ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi Əziz Əliyev küçəsində yerləşən 37 yaşayış binasının fasadı tezalışan materialdan olduğu üçün  sökülüb. Ancaq həmin vaxtdan bəri binalara yeni üzlük vurulmayıb.  

Fasadı olmayan 37 binada yaşayan 1775 ailə soyuq havalarda rütubətdən əziyyət çəkirlər. Fasadsız binalar həm də qəsəbənin estetik görüntüsünü pozur.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin binalar “Məhəmmədi” MTK tərəfindən tikilib. Fasadlar da özəl şirkət tərəfindən yenisi ilə əvəz olunmalıdır. Sözügedən tikinti şirkəti isə artıq fəaliyyət göstərmir. Bu səbəbdən də işlər yarımçıq qalıb.

Bir sözlə, tikinti şirkəti olmadığı üçün bina sahibsiz qalıb. Nəzarətsiz qalan binaya isə sahib çıxan tapılmır.  

Mövzu ilə bağlı Xəzər televiziyasının hazırladığı videomaterialı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO