“Ombudsmanın məruzəsində ən çox insan hüquqlarını pozan hökumət orqanlarının adlarının verilməsi vacibdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.
“Çünki Konstitusiya Qanunun 14.2-ci maddəsinə əsasən Müvəkkil “İllik məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəkir və bununla əlaqədar görülən tədbirlər barədə məlumat verir”.
Şikayətlərin hansı dövlət orqanlarını əhatə etməsi və onların xarakterinin ümumiləşdirilməsi, regional ofislər və onların fəaliyyəti barədə məlumatların genişləndirilməsi, hüquq və azadlıqlar üzrə indekslərin yaradılması məqsədəuyğun olar”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 07.03.2023
“İnsan hüquqlarını ən çox pozan dövlət orqanlarının adları açıqlansın” – Zahid Orucdan TƏKLİF
Hazırda oxunan: “İnsan hüquqlarını ən çox pozan dövlət orqanlarının adları açıqlansın” – Zahid Orucdan TƏKLİF
Hazırda oxunan: “İnsan hüquqlarını ən çox pozan dövlət orqanlarının adları açıqlansın” – Zahid Orucdan TƏKLİF
124203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.