“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov hakim qarşısına çıxarılır.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, işə Bakı Hərbi Məhkəməsində baxılacaq.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb. 63 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Zeynal Ağayev Bakı Hərbi Məhkəməsinə yeni sədr təyin edilib. O, daha öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
Xatırladaq ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən B.Orucov bu ilin sentyabrında saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməllərində ittiham olunurlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:48 / 06.03.2023
General “Tərtər işi”nə görə hakim qarşısına çıxarılır
Hazırda oxunan: General “Tərtər işi”nə görə hakim qarşısına çıxarılır
Hazırda oxunan: General “Tərtər işi”nə görə hakim qarşısına çıxarılır
124118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.