“Culfa” gömrük postunda narkotik vasitə və psixotrop maddə AŞKAR EDİLDİ 

“Culfa” gömrük postunda narkotik vasitə və psixotrop maddə AŞKAR EDİLDİ 

Hazırda oxunan: “Culfa” gömrük postunda narkotik vasitə və psixotrop maddə AŞKAR EDİLDİ 

124116

“Culfa” gömrük postunda narkotik vasitə və psixotrop maddə aşkar edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilib. 

Məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 
“Culfa” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü şəxsi yoxlamaya cəlb edilib. Bu zaman sürücünün üzərindən təmiz çəkisi 1.452 qram narkotik vasitə - marixuana, 3.066 qram psixotrop maddə - metamfetamin, 6.199 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO