Niyazi Bayramov Almaniyanın Azərbaycandakı səfirini QƏBUL EDİB - FOTO 

Niyazi Bayramov Almaniyanın Azərbaycandakı səfirini QƏBUL EDİB - FOTO 

Hazırda oxunan: Niyazi Bayramov Almaniyanın Azərbaycandakı səfirini QƏBUL EDİB - FOTO 

124109

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qonağı salamlayan N. Bayramov Gəncə şəhərinin tarixi barədə məlumat verib. 

Şəhər rəhbəri Gəncədə alman izlərinə də rast gəlindiyini qonağın nəzərinə çatdırıb. O qeyd edib ki, 1886-cı ildə alman sahibkarı Xristofor Förer tərəfindən şərab anbarı üçün tikilən binada sonradan rekonstruksiya işləri həyata keçirilərək Gəncə Dövlət Dram Teatrının istifadəsinə verilib.

Bununla yanaşı, o, 1901-ci ildə Cavad xan küçəsində “Zingerin evi” kimi tanınan bina, o cümlədən 1915-ci ildə, hazırda Ə.Cəmil küçəsində yerləşən Gəncə Dövlət Kukla Teatrının yerləşdiyi bina məhz almanlar tərəfindən inşa edildiyini bildirib.  
Alma səfir iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib. O, dahi şair Nizami Gəncəvinin Məqbərəsini, o cümlədən Cavad xan türbəsini, Gəncə Dövlət Filarmoniyasını ziyarət etdiyini bildirib.  

Həmçinin, diplomat Azərbaycan şairi və mütəfəkkir Mirzə Şəfi Vazeh yaradıcılığının Almaniyada geniş təbliğ olunduğunu vurğulayıb və onun muzeyi ilə yaxından tanış olmaq istdiyini söyləyib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO