Dövlət Ekoloji Təhlükəsizlik Xidməti paytaxtın Binəqədi rayonunda ağacların kəsilib yerində obyekt tikiləcəyi iddiasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, S.S.Axundov küçəsi 3a ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ərazidəki ağacların torpaq mülkiyyətçisi Ulduz Quliyeva tərəfindən qanunsuz kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır” – deyə açıqlamada bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:27 / 06.03.2023
Dövlət xidmətindən Bakıda ağacların kəsilməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Dövlət xidmətindən Bakıda ağacların kəsilməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Dövlət xidmətindən Bakıda ağacların kəsilməsi ilə bağlı AÇIQLAMA
124106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.