Güclü külək BU BÖLGƏNİ internetsiz qoydu

Güclü külək BU BÖLGƏNİ internetsiz qoydu

Hazırda oxunan: Güclü külək BU BÖLGƏNİ internetsiz qoydu

124098

Daşkəsən rayonunda günün ikinci yarısından başlayan güclü külək elektrik enerjisinin və internetin verilməsində fasilələr yaranmasına səbəb olub.  

Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, əsasən rayonun bir hissəsində elektrik naqillərinin və internet kabellərinin sıradan çıxması nəticəsində hər iki təchizatda problemlər yaranıb.  

Daşkəsən rayon icra hakimiyyətindən verilən rəsmi məlumata görə, rayon ərazisində əsən güclü külək bəzi fəsadlar törətmişdir.

Belə ki, Bayan qəsəbəsində ağacın qırılması nəticəsində internet xətti sıradan çıxdığından rayonda bu təchizatda problemlər yaranıb.  

İcra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna onu da bildirdilər ki, hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO