Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Hazırda oxunan: Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

124002

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 6 teleradio yayımı stansiyası fəaliyyət göstərir və bu rəqəmin 15-ə çatdırılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Hazırda mövcud stansiyalar vasitəsi ilə 11 televiziya və 7 radionun yayımı həyata keçirilir.

Bu sahədə əhəmiyyətli layihələrdən biri olan Şuşa şəhərindəki 130 metr hündürlüyə malik teleradio qülləsinin layihələndirilməsi tamamlanıb və layihənin yaxın günlərdə ekspertizadan keçəcəyi gözlənir. Bu işlər bitdikdən sonra layihənin birbaşa icrasına başlanacaq", - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO