Külli miqdarda dələduzluq edən vəzifəli şəxslər məhkəmə QARŞISINDA

Külli miqdarda dələduzluq edən vəzifəli şəxslər məhkəmə QARŞISINDA

Hazırda oxunan: Külli miqdarda dələduzluq edən vəzifəli şəxslər məhkəmə QARŞISINDA

123990

“RT Ravel” və “R.T.Group Akademiya” MMC və “Kale Dershanesi” və “Vish Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, istintaq zamanı “RT Ravel” MMC və “R.T.Group Akademiya” MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, “Kale Dershanesi” və “Vish Travel” MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyətı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO