Qışda suya həsrət qalan Şəki sakinləri yayda nə edəcək? - FOTO

Qışda suya həsrət qalan Şəki sakinləri yayda nə edəcək? - FOTO

Hazırda oxunan: Qışda suya həsrət qalan Şəki sakinləri yayda nə edəcək? - FOTO

123962

Şəkinin Gəncəli məhəlləsinin su problemi də tarixi qədər qədimdir. Məhəllənin çox hissəsində su-kanalizasiya sistemi yenidən qurulsa da nədənsə Şəfiqə Axundova küçəsi bu proseslərdən kənarda qalıb. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, məhəllədə sakinlərin özlərini içməli su ilə təmin edə bilmələri üçün iki seçimləri var.

Ya 30 manat verib bir maşın su gətizdirməli, ya da ətraf küçələrdən daşımalıdırlar. Başqa çarəsi olmayan sakinlərin döymədikləri qapı qalmayıb. 

Fəqət, hələlik nə səslərini eşidən, nə də çarələrinə əlac edən var.  

35 ildir Gəncəli məhəlləsində yaşayan Nüşabə Hüseynova deyir ki, su olmadığından hamı kimi o da aşağı küçədən su daşımaq məcburiyyətindədir. Məsafənin uzaq olmasına baxmayaraq o, əlində qablarla gündə ən azı 3-4 dəfə su daşıyır. 

Uzun illər davam edən susuzluq problemi sakinləri çıxılmaz vəziyyətə salıb. İndiyədək bu əraziyə dağdakı Taclıq bulağından gələn suyun da qurumağa başlaması problemi bir az da kəskinləşdirib. 
Sakinlərin problemi ilə bağlı Şəki Sukanal idarəsinidən bildirilib ki, məhəllədə su qıtlığı heç də deyilən kimi deyil. Beləliklə, verilən vədlərə inansaq, qarşıdakı bir ildə məsələ həllini tapacaq və gəncəli məhəlləsi sakinlərinin su həsrətinə son veriləcək. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO