1899-cu ilin bu günündə aspirin əmtəə nişanı kimi qeyd edilib. Aspirinin qəbul edilməsi ürəktutma hallarının qarşısının alınmasında mühüm rol oynayır və bir çox riskləri üstələyir.
Bəs, 6 martda dünyada daha hansı hadisələr baş verib?
1. 6 mart 1869-cu ildə Dmitri Mendeleyev kimyəvi elementlərin təsnifatını verən ilk dövri cədvəli açıqlayıb.
2. 1899-cu ilin bu günündə aspirin əmtəə nişanı kimi qeyd edilib.
3. 1902-ci ilin 6 martında FİFA tərəfindən “20-ci əsrin ən yaxşı futbol komandası” kimi dəyərləndirilən Real Madrid Futbol Klubu yaradılıb.
4. 6 fevral 1911-ci ildə Mirzə Cəlal Yusifzadənin “Fərhad və Şirin” operasının premyerası keçirilib.
5. 1924-cü ilin 6 martından İsmət İnönü Türkiyədə ikinci hökuməti qurub.
6. 1946-cı ilin 6 mart tarixində ilk uğurlu yüksək sürətli elektron kompüter "Eniac" ABŞ-da istifadəyə verilib.
7. 6 mart 1967-ci ilə İosif Stalinin qızı Svetlana Aliluyeva ABŞ-a qaçıb.
8. 6 mart 1964-cü ildə müsəlmanlığı qəbul etmiş Kassius Kley rəsmi olaraq Məhəmməd Əli adını aldı. Bütün zamanların ən yaxşı boksçusu kimi qəbul edilən Məhəmməd Əli karyerası boyu yalnız 5 oyun uduzub.
9. 1995-ci ilin 6 mart tarixində Türkiyənin 1963-cü ildə imzaladığı Ankara Sazişilə başladığı Avropaya inteqrasiya prosesində daha bir addım atılıb. Avropa İttifaqı üzvü olan 15 ölkə ilə Türkiyə arasında Gömrük Birliyi Müqaviləsi imzalanıb.
10. 6 mart 2015-ci ildə Bakı Olimpiya Stadionunun açılışı olub.
Bu gün həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. 6 mart Azərbaycan Xalq Cümhuiyyətinin qurucusu, müsəlman Şərqində ilk respublikanın yaradıcısı dahi Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür. M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda 1920-ci ilin aprel çevrilişindən - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb. (1884-1955)
2. Çar Rusiyasının general-mayoru, Hərbiyyə naziri yanında tapşırıq generalı. “Artilleriyanın atası” generalı Əliağa Şıxlınski və General Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuş İbrahim ağa Usubov 6 mart 1872-ci ildə anadan olub.
3. 1889-cu ilin bu günü özbək şairi, maarifçisi və ictimai xadimi Həmzə Həkimzadə Niyazi dünyaya gəlib.
4. 6 mart milli və tarixi hekayələri ilə tanınan Türkiyə yazıçısı Ömər Seyfəddinin xatirə günüdür. O, 1920-ci ilin bu günü 36 yaşında dünyadan köçüb. (1884 - 1920)
5. Nasir, dramaturq, publisist, tərcüməçi və Əməkdar incəsənət xadimi Yusif Əzimzadə 1984-cü ilin bu hünündə vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 06.03.2023
BİZİM TƏQVİM: 6 martda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 6 martda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 6 martda dünyada nələr olub?
123933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.