"Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin tərkib hissəsidir".
Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bu bəlaya qarşı mübarizə daim aparılır:
"Eyni zamanda qeyd etməliyəm ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biridir və bununla əlaqədar ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə bir çox iş görülsə də, hələ də qarşımızda duran bir sıra vəzifələr mövcuddur".
Baş prokuror bildirib ki, ölkə həyatının müxtəlif sahələrində aşkar edilən korrupsiya faktları ilə əlaqədar cinayət işləri istintaq olunur, həbslər aparılır:
"Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi yaradılsa da, bu sahədə mübarizə tək Baş İdarə tərəfindən deyil, bütün prokurorluq orqanları, o cümlədən digər hüquq mühafizə və dövlət qurumları ilə əlaqəli şəkildə aparılır.
Bununla yanaşı korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulamaq lazımdır.
Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qurulmuş sıx əlaqələr, onlarla birlikdə keçirilən maarifləndirici tədbirlər mübarizənin effektivliyinə müsbət təsirini göstərir.
Eyni zamanda Baş Prokurorluğun fasiləsiz fəaliyyət göstərən Çağrı mərkəzi və Qaynar xətti ilə vətəndaşlardan daxil olan qanun pozuntuları barədə müraciətlər aidiyyəti üzrə araşdırılır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:43 / 19.02.2021
\"Korrupsiya faktları ilə əlaqədar həbslər aparılır\" - Kamran Əliyev
Hazırda oxunan: \"Korrupsiya faktları ilə əlaqədar həbslər aparılır\" - Kamran Əliyev
Hazırda oxunan: \"Korrupsiya faktları ilə əlaqədar həbslər aparılır\" - Kamran Əliyev
12389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.