Hipermarketə hücum edən şəxslərdən biri BU ÜNVANDA tutuldu - RƏSMİ 

Hipermarketə hücum edən şəxslərdən biri BU ÜNVANDA tutuldu - RƏSMİ 

Hazırda oxunan: Hipermarketə hücum edən şəxslərdən biri BU ÜNVANDA tutuldu - RƏSMİ 

123832

Xəbər verildiyi kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

DİN: “Bravo”ya silahlı hücum edən şəxlərdən biri məhv edildi, digəri isə...


O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO