Nazirlikdən hipermarketdə öldürülən əməkdaşı ilə bağlı MƏLUMAT 

Nazirlikdən hipermarketdə öldürülən əməkdaşı ilə bağlı MƏLUMAT 

Hazırda oxunan: Nazirlikdən hipermarketdə öldürülən əməkdaşı ilə bağlı MƏLUMAT 

123823

Xəbər verdiyimiz kimi bu gün Xətai rayonu ərazisində yerləşən “Bravo” supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Facebook”da məlumat yayıb.

Bildirilib ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir:

“Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO