Ucarda DƏHŞƏTLİ QƏZA: Yeddi yaralı var - FOTO/VİDEO

Ucarda DƏHŞƏTLİ QƏZA: Yeddi yaralı var - FOTO/VİDEO

Hazırda oxunan: Ucarda DƏHŞƏTLİ QƏZA: Yeddi yaralı var - FOTO/VİDEO

123808

Ucarda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və " Hyundai" markalı minik maşınları toqquşub.

Qəza zamanı "Hyundai" markalı avtomaşın yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə  Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO