Hipermarketdəki atışmada ölən Rüfət Həsənov bank əməkdaşı imiş

Hipermarketdəki atışmada ölən Rüfət Həsənov bank əməkdaşı imiş

Hazırda oxunan: Hipermarketdəki atışmada ölən Rüfət Həsənov bank əməkdaşı imiş

123780

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Bakının Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo" hipermarketində atışma nəticəsində Həsənov Rüfət Rahib oğlu həyatını itirib. 

Bizim.Media xəbər verir ki, inkassator maşının sürücüsü olan Rüfət Həsənov bank əməkdaşıdır.  
 

MÖVZU İLƏ BAĞLI:

Supermarketdəki atışmada ölən və yaralanan şəxslərin kimliyi BƏLLİ OLDU  


Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə nəticəsində Həsənov Rüfət Rahib oğlu ölüb, 2 şəxs isə xəsarət alıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 
Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO