Supermarketdəki atışmada ölən və yaralanan şəxslərin kimliyi BƏLLİ OLDU  

Supermarketdəki atışmada ölən və yaralanan şəxslərin kimliyi BƏLLİ OLDU  

Hazırda oxunan: Supermarketdəki atışmada ölən və yaralanan şəxslərin kimliyi BƏLLİ OLDU  

123773

"Bravo" Supermarketinə məxsus hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub. 

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Bakıda marketdə silahlı ATIŞMA - Ölən və yaralı var - VİDEO


Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib. 

Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo"da qeydə alınıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. 

Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO