Bakıda baş verən atışma ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Bakıda baş verən atışma ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Hazırda oxunan: Bakıda baş verən atışma ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

123770

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan verilən məlumatda bildirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Bakıda marketdə silahlı ATIŞMA - Ölən və yaralı var - VİDEO


Məlumatda qeyd olunur ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. 

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. 

Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo"da qeydə alınıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. 

Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO