Xocalıda ağır QƏZA – Yük maşını aşıb – FOTO 

Xocalıda ağır QƏZA – Yük maşını aşıb – FOTO 

Hazırda oxunan: Xocalıda ağır QƏZA – Yük maşını aşıb – FOTO 

123741

Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında bildirib ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. 

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO