Məscidlər yaxın zamanda açılacaq – Hacı Şahin “vaxtıdır” dedi

Məscidlər yaxın zamanda açılacaq – Hacı Şahin “vaxtıdır” dedi

Hazırda oxunan: Məscidlər yaxın zamanda açılacaq – Hacı Şahin “vaxtıdır” dedi

12373

“Azərbaycanda məscidlərin açılmasının artıq zamanı çatıb”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli Bizim.Media-ya açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya dövründə müqəddəs ziyarətlər yasaqlanıb - Hacı Şahin


İlahiyyatçı bildirib ki, hazırda məscidlərin fəaliyyətinin bərpası Operativ Qərargahın qərarından asılıdır.

Onun sözlərinə görə, məsələ ilə bağlı QMİ müvafiq qurumlarla müzakirələr aparır.

“Düşünürəm ki, artıq məscidlərin dindarların üzünə yenidən açılması məsələsi ilə  bağlı müəyyən addımlar atmaq olar.

Qafqaz Müsəlmanları İdarəsi olaraq biz öz təkliflərimizi irəli sürürük. Yoluxmanın sayında azalma olduğu üçün, yaxın gələcəkdə məscidlər öz fəaliyyətini bərpa edəcək.

Ən azından cümə namazlarının müəyyən məhdudiyyətlərlə qılınmasına şərait yaratmalıyıq”. 

Hacı Şahinin fikrincə, məscidlər açılarsa tibbi maska taxmaq və sosial məsafəni gözləmək əsas şərtlərdən olacaq.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO