Xarici jurnalistlər Gəncədə - Erməni terrorunun izləri... – FOTO

Xarici jurnalistlər Gəncədə - Erməni terrorunun izləri... – FOTO

Hazırda oxunan: Xarici jurnalistlər Gəncədə - Erməni terrorunun izləri... – FOTO

123722

Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamdan sonra Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar. 

Bizim.Media 30 nəfərlik heyət Qələbə parkını ziyarət ediblər.  

Media nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.

Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib. 

Qeyd edək ki media nümayəndələri ötən gün Ağdamda olublar. Bu gün isə onların Füzuli və Şuşaya səfərləri gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO