İstanbula səyahət planlaşdıranlara ŞAD XƏBƏR: 1 bilet qiymətinə 2-si TƏKLİF OLUNUR

İstanbula səyahət planlaşdıranlara ŞAD XƏBƏR: 1 bilet qiymətinə 2-si TƏKLİF OLUNUR

Hazırda oxunan: İstanbula səyahət planlaşdıranlara ŞAD XƏBƏR: 1 bilet qiymətinə 2-si TƏKLİF OLUNUR

123671

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İstanbula və əks istiqamətdə uçuşlar üzrə bahar aksiyasına başlayıb.

Bizim.Media xəbər verir ki, ekonom sinifdə bir aviabilet əldə edərkən ikincisi aviaşirkət tərəfindən ödənişsiz təqdim olunur.

Həmçinin, aksiya çərçivəsində “AZAL Miles” kart sahibləri bu marşrut üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar.

Təklif “Azərbaycan Hava Yolları” aviaşirkətinin martın 27-dən aprelin 18-dək həyata keçirilən reyslərinə həm bir tərəfə, həm də gediş-gəliş aviabiletlərinin alınmasına şamil edilir.

Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərsiniz.
Aksiya çərçivəsində hədiyyəli aviabiletinin vergi və rüsumları sərnişin tərəfindən ödənilir.

Aksiya çərçivəsində aviabiletlər bir bronda rəsmiləşdirilməli, hədiyyəli aviabiletin geri qaytarılması və ya yenidən təxsisedilməsi ilkin aviabiletlə eyni vaxtda həyata keçirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO