Tələbəni təhqir edən direktor üzr istədi

Tələbəni təhqir edən direktor üzr istədi

Hazırda oxunan: Tələbəni təhqir edən direktor üzr istədi

12367

Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

ADMİU-dan Bizim.Media-ya bildirilib ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:

"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb.

Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".

Qeyd edək  ki, Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan zamanı qrupun sinif nümayəndəsini nalayiq sözlərlə təhqir edib.

Direktor hətta uşaqları imtahanı ləğv edəcəyi ilə qorxudub. Bununla bağlı sosial şəbəkələrdə video görüntülər də yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO