Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların adları AÇIQLANDI

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların adları AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların adları AÇIQLANDI

123644

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların adları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin sədri Elşad Əsgərov "Ekspert saatı"nda deyib. 

O bildirib ki, nəsli kəsilməkdə olan heyvanlar əsasən məməli heyvanlar və bəzi yırtıcılardır: 

"Həmin heyvanlar ov məqsədilə ovlandıqları üçün sayları azalır. "Qırmızı Kitab"ın birinci nəşrində onların sayı 14 idisə, 2013-cü il nəşrində 43 olub. İri məməlilərdən bizdə nəsli kəsilməkdə olan ilk heyvan ayıdır.
Lakin artıq ayıların sayı bərpa olunmuş kimi sayılır. Ona görə də üçüncü nəşrə salınmayıb. İkinci təhlükədə olan canlı zolaqlı kaftardır. Ceyranların sayı azalsa da, bərpa olunmağa doğru gedir. Maral və cüyür də "Qırmızı Kitab"a salınıb. Bundan başqa bezuar keçiləri və buffonlar da nəsli kəsilməkdə olan heyvanlar siyahısındadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO