Badamdarda sürüşmə yenidən aktivləşir – Xidmət rəisindən xəbərdarlıq

Badamdarda sürüşmə yenidən aktivləşir – Xidmət rəisindən xəbərdarlıq

Hazırda oxunan: Badamdarda sürüşmə yenidən aktivləşir – Xidmət rəisindən xəbərdarlıq

12354

Badamdarda sürüşmə yenidən aktivləşir, miqyas genişlənə bilər.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Badamdarda sürüşmə davam edir – Nazirlikdən rəsmi açıqlama


O bildirib ki, hazırda sürüşmə ərazisində stabilləşmə yoxdur:

“Orada geoloji vəziyyət sürüşmənin baş verməsi üçün əlverişlidir. Vəziyyət mürəkkəb olaraq qalır. Ümumiyyətlə isə sürüşmələrin xarakteri öz miqyasını hər zaman genişləndirməyə meyillidir”.

Xidmət rəisinin sözlərinə görə, yağışlar sürüşmənin əsas təkanverici amillərindəndir. Lakin prosesdə insan faktorunun rolu danılmazdır.

Ə. Əliyev Azərbaycanda sürüşmə sahələrinin çox olduğunu da vurğulayıb. Hazırda Bakıda Bayıl və Badamdardan (Bibiheybət Braxi-antiklinalının şərq yamacı) başqa, Zığ yamacında, Xırdalan, Masazır, Bakı-Şamaxı yolu üstündəki hissədə aktiv zona var.

“Harada sürüşmə varsa, orda təhlükə hər zaman var. Ona görə də bunu qarşısını almaq üçün tikilən istinad divarlarının yeri dəqiq müəyyən olunmalıdır”- deyə o qeyd edib.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO