Zərdabda intellektual oyunun qalibləri MÜKAFATLANDIRILDI - FOTO

Zərdabda intellektual oyunun qalibləri MÜKAFATLANDIRILDI - FOTO

Hazırda oxunan: Zərdabda intellektual oyunun qalibləri MÜKAFATLANDIRILDI - FOTO

123512

Zərdabda “Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun qalibləri müəyyən olundu.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun ötən ilin oktyabr ayından start götürüb.

Seçim turları Zərdab, Ucar, Kürdəmir, Ağcabədi və Beyləqan rayonlarında baş tutan bu mübarizədə regionları təmsil edən 80 komandanın 800 intelektual üzvü qalibiyyət uğrunda mübarizə aparıb.
Seçim turlarında ən çox xal toplayan 8 komandanın iştirak etdiyi final oyunu Zərdab rayonunda gerçəkləşib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsinə ehtiramla başlanan final oyununun açılış mərasimində "Poliqon" Strateji İntellekt Oyununun müəllifi, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev və Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov iştirak ediblər.

İştirakçıların gərgin intellekt mübarizəsi ilə davam edən final oyununun nəticələrinə görə Kürdəmir rayonunun "Müfəttişlər" komandası birinci, Zərdab rayonunun "Pele-82" komandası ikinci, həmin rayonun "Şuşa" komandası üçüncü yerləri bölüşüblər.

Qaliblər kubok, medal və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki “Poliqon” Strateji İntellekt Oyunu gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, onların strategiya qurmaq bacarığının artırılması və intellektual inkişafına dəstək olmaq məqsədlərini daşıyan milli intellektual oyundur.
Gənclər arasında çox sevilən bu oyunun keçirilməsində məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, xüsusilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazandığımız zəfər tariximizi gənclər arasında təbliğ etmək, Azərbaycan dilində intellektual oyunlar üzrə turnirlərdə gənclərin ictimai fəallığını təmin etmək, həmçinin regionlarda fəaliyyət göstərən intellektual oyunlar üzrə klublara dəstək verməkdir. 
Oyun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO