Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs bərəsində cinayət işi məhkəməyə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Bərəkət” Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru Rəfail Hüseynovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı Rəfail Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Neftçala rayonunda sudan qanunsuz istifadəyə şərait yaratması nəticəsində dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Rəfail Hüseynova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:12 / 02.03.2023
Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs MƏHKƏMƏ QARŞISINDA
123468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.