​​​​​​​Toy karvanında avtoxuliqanlıq edən şəxs SAXLANILDI - VİDEO 

​​​​​​​Toy karvanında avtoxuliqanlıq edən şəxs SAXLANILDI - VİDEO 

Hazırda oxunan: ​​​​​​​Toy karvanında avtoxuliqanlıq edən şəxs SAXLANILDI - VİDEO 

123465

Toy karvanında avtoxuliqanlıq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Masallı rayonu ərazisində, “Ərkivan dairəsi” adlanan yerdə sürücü gündüz saatlarında nəqliyyatın və piyadaların sıx hərəkətdə olduğu ərazidə nümayişkaranə şəkildə avtoxuliqanlıq hərəkətləri edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərlə əlaqədar dərhal Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:

“Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub”.

“Həmin vaxt orada olan və müxtəlif qayda pozuntularına yol verən digər dörd sürücü barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib”, - deyə o qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO