Ən araqarışdıran BÜRCLƏR – Kimlər ikiüzlülükləri ilə dostu düşmənə çevirir?

Ən araqarışdıran BÜRCLƏR – Kimlər ikiüzlülükləri ilə dostu düşmənə çevirir?

Hazırda oxunan: Ən araqarışdıran BÜRCLƏR – Kimlər ikiüzlülükləri ilə dostu düşmənə çevirir?

123457

İkiüzlü insanları ayırd etmək çətindir. Birlikdə olduğunuz zaman, onlar iltifatlı və mehriban olurlar. Ancaq sonra başqa bir dostunuzla söhbət edəndə öyrənirsiniz ki, hər dəfə arxa çevirdiyiniz zaman onlar haqqınızda tənqidlər yağdırırlar. Həmin insanları qeybətcildən daha çox, ikiüzlü, araqarışdan kimi də təqdim etmək olar. Bu cür xarakterə malik insanlar asanlıqla iki dostu düşmənə çevirə bilərlər.

Bizim.Media ən araqarışdıran bürclərin siyahısını təqdim edir:

4-cü yer Xərçəng

Xərçənglər qapalı insanlardır və onlar da öz həqiqi düşüncələrini, hisslərini və fikirlərini saxlayırlar. Xərçəngin simvolu əks istiqamətə baxan iki dairədir, buna görə də onlar daxildə hiss etdiklərinin əksini zahirən göstərməyə meyllidirlər. Onların düşüncələri də emosiyaları ilə idarə olunur. Xərçənglərin insanlar haqqında tez-tez əks istiqamətdə dəyişə bilir. Düşüncələri dəyişdikdə onlar insanlar üzünə gülüb, fərqli fikirdə ola bilirlər. Əgər onların kimdənsə xoşu gəlmirsə, asanlıqla aranı qarışdırıb, konflikt yaratmağı bacarırlar.

3-cü yer Tərəzi

Tərəzilər ağızlarını bağlaya bilmədiklərinə görə sirr saxlaya bilmirlər. Tərəzi bürcünə şirəli bir sirr danışsanız, onlar bu barədə başqasına danışmaq üçün səbirsizlənirlər. Maraqlıdır ki, onlar həqiqətən bu xasiyyətlərindən peşmandırlar. Tərəzilər etibarınızı qırdıqlarına görə pis hiss edəcəklər və növbəti dəfə daha yaxşı olacaqlarını söyləyəcəklər, lakin bu, növbəti dəfə sirri saxlaya biləcəkləri demək deyil. Bəzi sirrləri isə açmaq, həqiqətən də, ciddi problemlərə səbəb ola bilər ki, tərəzilər də bəzən buna baiskar olurlar.

2-ci yer Əqrəblər

Bu bürc hiyləgər kimi şöhrət qazanlblar və ikiüzlülüyü də yaxşı bacarırlar. Əqrəblər məqsədlərinə çatmaq üçün hər cür səy göstərən iddialı insanlardır. Məqsədlərinə çatmaq üçün sizi manipulyasiya etməzdən əvvəl onlar sizin ən heyrətamiz dostunuz kimi görünə bilər. Onlar iki üzlüdürlər, çünki əsl niyyətlərini ortaya qoymurlar. Əqrəb bürcünün ikiüzlülüyünü başa düşənə qədər onlarla aylar, hətta illərlə dostluq qura bilərsiniz. Və bütün bu vaxt ərzində o sizinlə oynamağa davam edəcək. İntiqam almaq istədikdə isə özlərin birbaşa addım atmayıb, sizi başqaları ilə düşmən etmək üçün əlindən gələni edəcək.

1-ci yer Əkizlər

Təbii ki, siyahımıza adından da göründüyü kimi əkizlər başçılıq edir. Onlar həqiqətən ikiüzlüdür, lakin bu onların xarakterindədir. İkiüzlülük etməmək kimi bir seçim əkizlər üçün, sadəcə olaraq, mövcud deyil. Onlar nəsə söyləyəcəklər və ya edəcəklər, sonra isə tam əksini edəcəklər. Anında həqiqəti söyləyirlər, lakin anlar dəyişdikcə həqiqət də onlar üçün dəyişir. Eyni mövzunu 10 fərqli insana, 10 ayrı formada danışa bilərlər. Bu cür xaos vəziyyətində dava-dalaşın yaranaması ehtimalı belə möcüzə kimi görünür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO