BİZİM TƏQVİM: BMT-yə üzv qəbul olunan ən sonuncu Avropa ölkəsi hansıdır?

BİZİM TƏQVİM: BMT-yə üzv qəbul olunan ən sonuncu Avropa ölkəsi hansıdır?

Hazırda oxunan: BİZİM TƏQVİM: BMT-yə üzv qəbul olunan ən sonuncu Avropa ölkəsi hansıdır?

123451

Bu gün Vəhşi Təbiət Günüdür. 20 dekabr 2013-cü ildə BMT-nin Baş Assambleyası vəhşi flora və fauna məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə 3 martı Vəhşi Təbiət Günü elan edib. Son 10 ildə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu gün qeyd edilir. 

Bəs, 3 mart tarixdə daha hansı hadisələrlə yadda qalıb?

1. “93 Harbi” kimi tanınan, 1877-1878-ci illər Osmanlı-Rusiya Müharibəsi Osmanlı imperiyasının məğlubiyyəti ilə sona çatdı: 3 mart tarixində (1878) İstanbulun Yeşilköy səmtində Ayastefanos Sazişi imzalandı.

2. 3 mart 1891-ci ildə futbolda 11 metrlik cərimə zərbəsinin tətbiqinə başlanılıb.

3. Yeni qurulan Türkiyə Cümhuriyyətində davam edən müasirləşmə ilə əlaqədar 1924-cü ilin 3 martında Tevhidi-Tedrisat Qanunu qəbul edildi. 

4. 1986-cı ildə Beynəlxalq PEN Klubunun (Pen Club), yəni qələm sahibləri 48-ci konsreslərinin qərarı ilə martın 3-ü Dünya Yazıçılar Günü kimi qeyd etməyi təklif etdilər.  Qeyd edək ki, eyniadlı təşkilat – PEN Klub Azərbaycanda 2011-ci ildə yaradılıb. Üzvləri kifayət qədər tanınmış adamlardır. PEN Klubunun Azərbaycandakı prezidenti yazıçı Çingiz Abdullayev seçilib.

5. 3 mart 1992-ci ildə Kəlbəcər rayonunun Seyidlər kəndi yaxınlığında Azərbaycana məxsus Mi-26 helikopteri ermənilər tərəfindən vurulub.

6. 3 mart 2002-ci ildə İsveçrədə Birləşmiş Millətlər Təşkilatı üzvlüyü üçün referendum keçirildi. İsveçrəlilər beynəlxalq tərəfsizlikdən imtina edərək BMT-nin 190-cı üzvü olmaq üçün “bəli" deyib.

7. 2010-cu ilin bu günündə Şəmkirdə Su-25 qırıcı təyyarəsi qəzaya uğrayıb. 

3 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycanın tanınmış dövlət xadimi Məhəmmədhəsən Hacınski 1875-ci ilin bu günü doğulub.  Dənizkənarı bulvar da onun rəhbərliyi ilə salınıb. 1918-ci ildə Məhəmmədhəsən Hacınskinin təşəbbüsü ilə Bakıda Şirvanşahlar sarayının bərha layihəsini hazırlamaq üçün ilk elmi tədqiqat işləri aparılıb.  M.Hacınskinin siyasi fəaliyyəti də geniş olub. О, Azərbaycan Xalq Cümhuriyyətinin birinci və ikinci kabinetlərində ölkənin xarici işlər naziri olub. 1919-1920-ci illərdə Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin üzvü olaraq gedib.

Cümhuriyyət devrildikdən sonra yerinə qurulan Azərbaycan Sovet Respublikasında Məhəmmədhəsən Hacınski Ali Xalq Təsərrüfatı Şurası və Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb, ölkənin şəhərlərinin abadlaşdırılmasında fəal iştirak edib. 1930-cu ildə repressiyaya məruz qalan Məhəmmədhəsən Hacınski Beriyanın göstərişi ilə həbs edilib, 1931-ci ildə Tiflisdə güllələnib. (1875-1931)

2. Azərbaycanın tanınmış yazıçı və tərcüməçisi Manaf Süleymanov 1912-ci il matın 3-də anadan olub. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının keçmişindən, ötən əsrin əvvəlində neft səltənətində baş verən hadisələrdən, paytaxtın kəşməkeşli günlərindən bəhs edir. (1912-2001)

3. Şairə və ədəbiyyatşünas Hökumə Bülluri 1926-cı ilin bu günü Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya gəlib. 

4. Azərbaycanın tanınmış tarixi romanlar yazıçısı Fərman Kərimzadə 1937-ci ilin 3 martında anadan olub. Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında çəkilmiş “Axırıncı aşırım” filmi Azərbaycan kinosunun ən gözəl nümunələrindəndir. Yazıçının Azərbaycan Səfəvilər dövləti, Şah İsmayıl və dövrünü əhatə edən “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” tarixi romanları, digər povest və hekayələri bu gün də maraqla oxunur. (1937-1989)

5. 1980-ci ilin 3 martında keçmiş Hatay dövlətinin başçısı Tayfur Sökmen 88 yaşında İstanbulda vəfat edib.

6. 2013-cü ilin bu günü ərəb və türk mahnılarının populyar ifaçısı Müslüm Gürses dünyadan köçüb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO